"Qarabağ" ulduz futbolçusunu satdı

13:48 27 İyun 2026

Qarabağ” klubunda növbəti ayrılıq yaşanıb.

Ağdam təmsilçisi Leandro Andrade ilə vidalaşıb. "Qarabağ" Ukraynanın “Polesye” klubunun təklifini və yarımmüdafiəçinin istəyini müsbət cavablandırıb və transfer reallaşıb.

Andradenin hazırda Transfermarkt-də dəyəri 3,5 milyon avro kimi göstərilir və MPL-də ən bahalı oyunçudur.

Qeyd edək ki, Leandro 2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinir. Kabo-verdeli futbolçu "atlılar"ın heyətində 2021-2022, 2022-2023, 2023-2024 və 2024-2025-ci illər mövsümlərində Azərbaycan çempionu olub, 2021-2022 və 2023-2024-cü illər mövsümlərində Azərbaycan kubokunu qazanıb. Leandro “Qarabağ”da keçirdiyi ümumilikdə 213 matçda 60 qol vurub.



Xəbər xətti