Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi yaxın günlərdə ABŞ nümayəndələri ilə Dohada hər hansı görüşün keçirilməsinin planlaşdırılmadığını bildirib.
Sitat.info xəbər verir ki, Bəqayi mətbuat konfransında İranın yaxın bir neçə gün ərzində ABŞ tərəfi ilə heç bir səviyyədə görüş keçirmək planı olmadığını deyib və bildirib ki, buna görə də ləğv ediləcək hər hansı görüş də mövcud deyil.
Onun sözlərinə görə, sabah Dohada İran və Qətər nümayəndələri arasında İslamabad Anlaşma Memorandumunun icrası ilə bağlı müzakirələr keçiriləcək. Görüşdə memorandumun müxtəlif müddəaları, o cümlədən İranın məhdudlaşdırılmış aktivlərinin sərbəst buraxılması məsələsi müzakirə olunacaq.
Bəqayi əlavə edib ki, memorandumun, o cümlədən aktivlərin azad edilməsi ilə bağlı bəndinin icrası istiqamətində bütün zəruri hazırlıqlar görülüb və proses plan üzrə davam edir.
Səid,
Sitat.info