“Qarabağ” 1 milyona onu transfer edir - FOTO

21:23 30 İyun 2026

“Qarabağ” Macarıstanın ZTE klubundan mərkəz müdafiəçisi Bense Varkonini transfer edir.

 

Bu barədə tanınmış insayder Saşa Tavolieri özünün “X” hesabında məlumat yayıb.

Məlumata görə, transferin dəyəri təxminən 1 milyon avro təşkil edir. 24 yaşlı macarıstanlı mərkəz müdafiəçisinin Azərbaycan klubu ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.

 

İnsayder qeyd edib ki, Bense Varkoni ZTE klubunun əsas heyət oyunçularından biri olub və karyerasında növbəti addımı məhz “Qarabağ”a keçməklə atır.

 



Xəbər xətti