Paşinyan Rusiyaya gedəcək

15:56 3 İyul 2026

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.

Sitat.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, 6-9 iyul tarixlərində Yekaterinburqda keçiriləcək “İNNOPROM-2026” beynəlxalq sənaye sərgisində iştirak edəcək.

Məlumata görə, hökumət başçısının adı forumun spikerlərinin siyahısına daxil edilib.

Tədbirin iştirakçıları arasında həmçinin Rusiyanın hökumət başçısı Mixail Mişustin, Belarusun Baş naziri Aleksandr Turçin, Qazaxıstanın Baş naziri Oljas Bektenov və Qırğızıstanın Nazirlər Kabinetinin sədri Adılbek Kasımaliyevin də olacağı bildirilir.



Xəbər xətti