17:14 3 İyul 2026
Sumqayıt şəhərinin Corat qəsəbəsində dənizdə iki nəfərin batması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.
Sitat.info xəbər verir ki, hadisənin ən yaxın xilasetmə məntəqəsindən təxminən 900 metr aralıda, nəzarətsiz ərazidə baş verdiyi bildirilib.
Məlumat daxil olduqdan dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.
Keçirilən operativ xilasetmə tədbirləri nəticəsində 2004-cü il təvəllüdlü Murad Azad oğlu Yarıyev xilas edilib.
Digər şəxsin – qadının meyiti isə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti