Əlcəzair millisinin kapitanı Riyad Mahrez yığmadakı karyerasını başa vurub.
35 yaşlı vinger bu qərarı DÇ-2026-da mübarizəni dayandırdıqdan sonra verib.
Bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Mahrez 2014-cü ildən Əlcəzair millisinin formasını geyinirdi. "Əl-Əhli”nin futbolçusu yığmada keçirdiyi 119 matçda 40 qol vurub və 45 məhsuldar ötürmə edib.
Təcrübəli futbolçu Əlcəzair millisi ilə 2019-cu ildə Afrika Millətlər Kubokunun qalibi olub.
Qeyd edək ki, Əlcəzair yığması DÇ-2026-nın 1/16 finalında İsveçrəyə 0:2 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.