Ələt-Astara avtomobil yolunun 56-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Sitat.info xəbər verir ki, hadisə zamanı "Şevrolet" markalı avtomobildə yalnız qadın sürücü olub.
Qəza nəticəsində sürücü baş nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər alıb.
İlkin məlumata görə, sükan arxasında olan sürücü idarəetməni itirərək qəza törədib. Əraziyə dərhal Təcili Tibbi Yardım briqadası və polis əməkdaşları cəlb olunub.
///Axar.az