Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman istefaya göndərilib

19:50 3 İyul 2026

Almaniya millisində ayrılıq yaşanıb.
 
Baş məşqçi Yulian Naqelsman istefaya göndərilib.
 
Bu barədə Almaniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Baş məşqçinin 2028-ci ili yayına kimi nəzərdə tutulan müqaviləsinə vaxtından əvvəl xitam verilib.
 
Qeyd edək ki, Yulian Naqelsman 2023-cü ilin sentyabrından Almaniya yığmasını çalışdırırdı. Komanda DÇ-2026-nın 1/16 finalında Paraqvaya məğlub olaraq turnirdə mübarizəni dayandırıb.



Xəbər xətti