Ermənistan Konstitusiya Məhkəməsi müxalifətin iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı iddialarını təmin etməyib.
Sitat.info APA-ya istinadən bildirir ki, məhkəmə Mərkəzi Seçki Komissiyasının seçkilərin yekunları barədə qərarını qüvvədə saxlayıb.
Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan bildirib ki, qəbul edilən qərar qətidir və ondan şikayət verilə bilməz.