Gecə 3-də meyiti tapıldı

15:09 6 İyul 2026

Bakıda 32 yaşlı kişi müəmmalı şəraitdə ölüb.

Sitat.info xəbər verir ki, hadisə bu gün saat 03 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib.

1994-cü il təvəllüdlü R.Rzayevin meyiti yaxınları tərəfindən yaşadığı evin həyətində aşkar edilib.

Onun hansı səbəbdən vəfat etməsi rayon prokurorluğu tərəfindən araşdırılır.

 



Xəbər xətti