Həmkarının səfər edəcəyi tarixi açıqladı

21:00 6 İyul 2026

Çin Xalq Respublikasının sədri Si Cinpin sentyabrın 24-də ABŞ-yə rəsmi səfər edəcək.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.

Məsələ ilə bağlı sualı cavablandıran Ağ Ev rəhbəri bildirib:

“Sədr Si sentyabrın sonlarına doğru – səhv etmirəmsə, 24-ündə bura gələcək”.

Qeyd edək ki, Tramp 13-15 may tarixlərində Çinə səfər etmişdi. Si Cinpin həmin səfəri tarixi kimi qiymətləndirmiş, ABŞ lideri isə Çinlə “möhtəşəm ticarət sazişləri”nin əldə olunduğunu açıqlamışdı.



Xəbər xətti