Pakistanın DİN rəhbəri İrandadır

17:30 11 Avqust 2026

Pakistanın daxili işlər naziri Möhsün Rza Nəqəvi İran rəsmiləri ilə danışıqlar aparmaq və regional gərginliyin azaldılması məsələsini müzakirə etmək üçün Tehrana səfər edib.

Sitat.info xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb. 

Məlumata görə, nazir iyun ayında da ikitərəfli məsələləri, İran-ABŞ Anlaşma Memorandumunun icrasını və regional prosesləri müzakirə etmək məqsədilə Tehrana yollanıb. Həmin səfər zamanı o, İranın daxili işlər naziri İskəndər Mömini və xarici işlər naziri Abbas Əraqçı ilə görüşmüşdü.



Xəbər xətti