ABŞ-da Meta-ya qarşı 193 milyard dollarlıq təzminat tələbi

11:28 17 Avqust 2026

ABŞ-da Kaliforniya, Kolorado, Kentukki və Nyu-Cersi də daxil olmaqla bir qrup ştat Facebook və Instagram-ın uşaqları platformalardan asılı vəziyyətə salacaq şəkildə hazırlandığını iddia edərək Meta-ya qarşı açılan məhkəmə işində təxminən 193 milyard dollar təzminat tələb edəcək.

Sitat.info xəbər verir ki, avqustun 18-də Oklenddə başlayacaq məhkəmə prosesinin altı həftə davam edəcəyi gözlənilir.

Ştatlar Meta-nı uşaqların təhlükəsizliyi və onlayn məxfiliyi ilə bağlı federal və ştat qanunlarını pozmaqda ittiham edir.

Nigar,

Sitat.info



Xəbər xətti