Yay aylarında ən çox alınan meyvələrdən biri qarpızdır. Lakin bazarda yetişmiş və şirin qarpızı seçmək hər zaman asan olmur.
Sitat.info xəbər verir ki, Türkiyədə tanınmış bloqer Ragıp Ekinci hazırladığı videomaterialda illərə dayanan təcrübəsinə əsaslanaraq şirin və yetişmiş qarpızı necə seçməyin yollarından danışıb.
Onun sözlərinə görə, qarpız alarkən ilk növbədə meyvənin xarici görünüşünə diqqət etmək lazımdır. Qarpızın üzərindəki sarımtıl ləkə onun torpaqda yetişdiyini və kifayət qədər yetişmə müddəti keçirdiyini göstərə bilər.
Bundan başqa, qarpızın qabığının çox parlaq deyil, daha tutqun görünməsi və üzərindəki naxışların aydın olması da yetişmiş meyvənin əlamətlərindən hesab olunur.
Ragıp Ekinci qarpızı seçərkən onun saplağına da baxmağı tövsiyə edir.
Daha ətraflı videodan izləyin