2 nəfəri iş başında elektrik cərəyanı vurub öldürdü

13:30 28 Avqust 2026

Bakıda ölümlə nəticələnən bədbəxt hadisələr baş verib.

“Sitat.info” xəbər verir ki, avqustun 27-si saat 16 radələrində 1986-cı il təvəllüdlü Mərdan Balaxan oğlu Əhmədov Binəqədi şosesi 57-də işlədiyi poladtökmə zavodunda elektrik cərəyanı vurması nəticəsində ölüb.

Oxşar hadisə paytaxtın Sabunçu rayonunda da baş verib.

Avqustun 26-sı saat 18 radələrində 1990-cı il təvəllüdlü Əlabbas Səməndər oğlu Niftalıyev Ramana qəsəbəsinin ərazisində kamera quraşdırarkən onu elektrik cərəyanı vurub. Xəstəxanaya çatdırılan 36 yaşlı şəxs orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.



Xəbər xətti