ABŞ-dan Ukraynaya növbəti partiya döyüş sursatı çatdırılıb.
APA-nın xəbərinə görə, bu barədə Ukraynanın müdafiə naziri Aleksandr Reznikov məlumat verib.
Bu gün Borispol aeroportunda açıq qapı günüdür. 9-cu quşun ardınca ABŞ-dan 10-cu quş da uçub gəldi. Ukrayna silahlı qüvvələrinə daha 80 ton sursat gətirildi deyə nazir Tvitterdə yazıb.
Qeyd edək ki, bu il ABŞ Ukraynaya 650 ton silah verib.