Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi
Gündəm 05 Oktyabr 2026 12:32
ANS-in keçmiş əməkdaşı Sevinc Tahirovanın “MTV Azərbaycan”a icraçı direktor təyin olunması barədə məlumat yayılıb.

Sitat.info xəbır verir ki, o, “Qafqazinfo”ya açıqlamasında sözügedən xəbərə aydınlıq gətirib.

S.Tahirova bildirib ki, sadəcə həmin kanalın tərkibində fəaliyyət göstərən reklam agentliyinə təyinat alıb: “Əlbəttə ki, MTV-nin öz təsisçisi, rəhbərliyi var. Mənim icraçı direktor olmağım isə reklam agentliyinə aiddir”.

Qeyd edək ki, Sevinc Tahirova müxtəlif illərdə ANS, eyni zamanda Lider TV-də jurnalist və ictimaiyyətlə əlaqələr mütəxəssisi kimi  çalışıb.