Nobel Tibb Mükafatının builki qalibləri açıqlanıb
2026-cı il Nobel Tibb Mükafatının qalibləri İsveçdəki Karolinska İnstitutunda keçirilən mətbuat konfransında açıqlanıb.
Sitat.info xəbər verir ki, mükafat Karl Deisseroth, Peter Hegemann və Georg Nagelə optogenetika sahəsindəki mühüm araşdırmalarına görə verilib.
Alimlər işıq vasitəsilə canlı hüceyrələrin fəaliyyətini idarə etməyə imkan verən texnologiyanın inkişafına və işıqla idarə olunan ion kanalları ilə bağlı kəşflərinə görə təltif olunublar.
Hegemann və Nagel “channelrhodopsin” adlı zülalı kəşf ediblər. Deisseroth isə bu zülalın genini siçovulların sinir hüceyrələrinə yerləşdirərək sinir siqnallarını işıq vasitəsilə idarə etməyə nail olub.
Məlumata görə, bu ilki mükafatla Nobel Tibb Mükafatına layiq görülən şəxslərin ümumi sayı 120-yə çatıb.
Tehran,
Sitat.info