Maduronun həyat yoldaşının ürək əməliyyatına ehtiyacı olduğu bildirilir
ABŞ tərəfindən saxlanılan Venesuela lideri Nikolas Maduronun həyat yoldaşı Siliya Floresin ürəyində problem olduğu və əməliyyata ehtiyac duyduğu bildirilir.
Sitat.info xəbər verir ki, bu barədə onun oğlu Nikolas Maduro Gerra AFP-yə açıqlamasında bildirib.
“Onun ürəyində çox ciddi problem – prolaps var. Oktyabrın 15-də 70 yaşı tamam olacaq. Həbsxanada keçirəcəyi belə bir əməliyyatdan sonra tam bərpa olunması üçün lazımi şərait yoxdur”, – Maduro Gerra deyib.