Bakıda restoranda yanğın - VİDEO

HADİSƏ 06 Oktyabr 2026 10:26

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.

Sitat.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

 

Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən ümumi sahəsi 140 kvadratmetr olan restoranda baş vermiş yanğın genişlənərək binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində obyektin salon hissəsi 60 kv.m. sahədə yanıb. Xəsarət alan olmayıb.

Obyektin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.