"Təcili yardım"a direktor təyin EDİLDİ - FOTO

\"Təcili yardım\"a direktor təyin EDİLDİ - FOTO
SOSİAL 06 Oktyabr 2026 13:18

Oqtay İsmət oğlu Gözəlov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru təyin edilib.

Bu barədə Sitat.info-ya TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, Oqtay Gözəlov 2008-ci ildən Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) müxtəlif rəhbər və ekspert vəzifələrində fəaliyyət göstərib. ÜST-nin İsveçrənin Cenevrə şəhərindəki Baş Qərargahında, Avropa, Yaxın Şərq və Qərbi Sakit Okean regionlarında, o cümlədən Danimarka və Özbəkistanda çalışıb. Son illərdə ÜST-nin Ukrayna Ölkə Ofisində komanda rəhbəri vəzifəsində fəaliyyət göstərib.

    Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib