Ukrayna Aİ-yə üzvlüklə bağlı şərt irəli sürüb 

Ukrayna Aİ-yə üzvlüklə bağlı şərt irəli sürüb 
Dünya 07 Oktyabr 2026 09:25
Ukrayna Avropa İttifaqına (Aİ) yalnız ölkənin taxıl ixracına tam imkan yaradılması şərtilə üzv olmağa razıdır.

Sitat.infoxəbər verir ki, bunu Ukraynanın kənd təsərrüfatı naziri Taras Vısotski “Politico” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Kiyev müəyyən ərzaq məhsullarının Aİ ölkələrinə satışını daimi məhdudlaşdıran üzvlük modelini qəbul etməyəcək və yalnız keçid dövründə tətbiq olunan məhdudiyyətlərlə razılaşa bilər.