AAYDA-da yeni rəis müavinləri təyin edildi 

AAYDA-da yeni rəis müavinləri təyin edildi 
SOSİAL 08 Oktyabr 2026 17:05

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni kadr təyinatları olub.

Sitat.info xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.

Belə ki, Elçin Abışov və Rövşən Məmmədov AAYDA-da Nəqliyyat infrastrukturu tikintisi şöbəsinin rəisinə müavin təyin ediliblər.

Bundan əlavə, Səxavət Heydərli isə Baş mühasib vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bundan əvvəl E.Abışov “ELTA Development” QSC-də, R.Məmmədov Səudiyyə Ərəbistanının enerji nəhəngi “Aramco” şirkətində, Səxavət Heydərli SOCAR-da çalışıb.