Putin sanksiyalardan qorxur: Onun lüks yaxtası Almaniya sularından təcili kənarlaşıb...

19:53 10 Fevral 2022

Putinin lüks yaxtası sanksiya xəbərdarlıqlarından sonra Almaniya sularını tərk edir. 

SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki,  Rusiya prezidenti Vladrimir Putinin 82 metr uzunluğundakı lüks yaxtası Qərbin Moskvaya qarşı tətbiq edəcəyi sanksiyalardan ehtiyat edərək lövbər saldığı Hamburq limanını təcili tərk edib. 

 "Graceful" adlı yaxtanın Kalininqrad istiqamətində üzdüyü bildirilir. Bu qəfil gediş Rusiyanın Ukraynaya gözlənilən hücumundan sonra, Qərbin Moskvaya tətbiq edəcəyi sanksiyalardan qaçmaq üçün olub. 

Şimal dənizi ilə Baltik dənizini birləşdirən Kiel kanalına daxil olan lüks yaxtanın Polşa ilə Baltikyanı ölkələr arasındakı rus torpağı olan Kalininqrada doğru yola düşdüyünü bildirib. Almaniyada bu yaxtanın varlığı müazakirəyə çıxandan dərhal sonra limandan ayrılması gözlənilən  sanksiyalardan qaçmaq anlamına gəlir.

Almaniya mətbuatı mümkün sanksiyaların olacağı təqdirdə, Putinin Avropadakı aktivlərinin dondurulacağını da yazıb. Məlumata görə, lüks yaxta Hamburqda lövbər salmazdan əvvəl Qara dənizdə üzüb və may ayında Putin Soçi sahillərində bu yaxtada Belarus lideri Lukaşenkonu qonaq edib.



Xəbər xətti