Ərdoğan: "Eyni gəmidə olduğumuzu unutmamalıyıq"

16:40 12 Fevral 2022

“Yaşadığımız bu kritik dövrdə dövlətin etdiyi fədakarlığı və üzərinə götürdüyü yükü paylaşmaq hər birimizin milli borcudur”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iş adamları ilə keçirdiyi görüşdə deyib.

"Hər birimizin eyni gəmidə olduğumu unutmamalıyıq. Türkiyə gəmisinin qazancı 84 milyonun ortaq qazancı olduğu kimi, bu gəminin gördüyü hər ziyan, aldığı hər yara da ortaq itkimizdir. Gələcəyə ümid və güvənlə baxmaq üçün hər cür imkana sahibik", - deyə Türkiyə prezidenti vurğulayıb.



Xəbər xətti