Odessada "Arena" adlanan bilyard klubunda güllələnərək öldürülən Nazir Əliyevin mərhum kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) yaxın adamı olduğu bildirilir.
Musavat.com Dumskaya.net saytına istinadla xəbər verir ki, şəhər prokurorluğundakı mənbə N.Əliyevin il yarım öncə Türkiyədə Quli öldürülən zaman onun yanında olduğunu bildirib.
Mənbə deyib ki, söhbət cinayətkar aləmin daxilində nüfuz dairəsinin bölünməsi uğrunda gedən "oğru savaşı"ndan gedir.
Nazir Əliyevi qətlə yetirən şəxsin onun öz həmyerlisi Şöhrəddin Quliyev olduğu qeyd edilib. Bildirilir ki, Ş.Quliyev bilyard zalına daxil olub və dərhal atəş açmağa başlayıb.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı cinayət işi açıblar və təhqiqata başlayıblar.