"Tərtər işi" ilə bağlı növbəti ağlasığmaz fakt: Saxta ittihamlarla həbs olumuş hərbçilərin maaşlarını aylarla məniməyiblər

17:44 12 Fevral 2022

"Tərtər qətliamının araşdırılması çərçivəsində həbslər davam edəcək, buna heç bir şübhə olmamalıdır. Ona da şübhə olmamalıdır ki, cinayətin təşkilatçıları da həbs olunacaqlar, özü də onların ən yüksək vəzifələrdə olanları daxil olmaqla".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq Ərəstun Oruclu deyib.

O bildirib ki, sadəcə cinayətin miqyası o dərəcədə ağlasığmazdır ki, bəzən insan təxəyyülünün də onu əhatə etməyə imkanı çatmır: " Məsələn, həbs olunaraq saxta ittihamlarla mühakimə olunmuş hərbçilərimizə aylarla "verdikləri" maaşı onların əllərindən alınmış kartları vasitəsilə çıxarıb mənimsəyiblər. Maraqlı o deyil ki, belə pulları öz ailələrinə, uşaqlarına necə xərcləyiblər, maraqlı odur ki, bu qədər cinayətin açılmayacağına əminlik haradan, nədən irəli gəlib? Müdafiə nazirliyinin maliyyə və maddi-texniki təminat qurumları da ayrıca bir cəngəllikdir. Ora da baş vuracağıq mütləq. Ümid edirəm, istintaq da onlarla maraqlanar".

 



Xəbər xətti