Ermənistanda silahlı şəxslər saxlanılıb

09:10 13 Fevral 2022

Ermənistanda polis Vanadzor şəhərində silahlı şəxslər saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan polisinin yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, Taron rayon Polis Şöbəsinə bir qrup şəxsin Vanadzor küçələrindən birində özləri ilə və avtomobildə qanunsuz silah və sursat olması barədə əməliyyat məlumatı daxil olub.

Saat 14:25 radələrində adıçəkilən küçədən Taron polis bölməsinə 6 nəfər və “VAZ-21010” markalı avtomobil gətirilib.

Saxlanılanlardan 32 yaşlı kişinin üzərində şəxsi axtarış zamanı içərisində 7 güllə ilə dolu tapança, 22 sm uzunluğunda qatlanan bıçaq aşkar edilərək götürülüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları eyni zamanda 35 yaşlı kişinin çantasından 3 güllə və içərisində 6 güllə olan tapança aşkarlayıblar.

Polis avtomobilə də baxış keçirib. Buradan 6 ədəd patronla dolu “Makarov” tapançasına bənzər silah aşkar edilərək götürülüb.

“Faktla bağlı ekspertiza təyin edilib, araşdırma aparılır”, - məlumatda deyilir.



Xəbər xətti