Ukrayna türk PUA-larından istifadə edərsə, Rusiya 2015-ci ildə Türkiyənin Suriya sərhədində rus təyyarəsini vurmasından sonra baş verənlərə bənzər bir vəziyyət yarada bilər.
Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bunu türkiyəli jurnalist Sərxan Dəmirdaş deyib.
Türkiyəli jurnalist hesab edir ki, Moskva Ankaraya qarşı məkrli planını işə sala bilər.
Rusiyanın o dövrdə Türkiyəyə qarşı ciddi sanksiya prosesi başlatdığını xatırladan Dəmirdaş bildirib:
"Turizmdən iqtisadiyyata qədər vizaların yenidən tətbiqi kimi bir çox sahəni əhatə edən sanksiyalar cərəyanını gördük. Bənzər nəticə ola bilər”.