Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata, nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Xələfov saxlanılıb. Dünən Səbail rayon Məhkəməsində onun barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Polkovnik Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilir. O, yarım milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.