Polisə silahla müqavimət göstərən şəxs məhv edilib. DİN-in mətbuat xidmətindən SİTAT.İNFO-ya verilən məlumata görə, dünən Səbail rayonu ərazisində qeyri-rəsmi münasibətdə olduğu qadını bıçaqladığına görə qadından 102 Zəng Mərkəzinə daxil olan çağırışa gələn polis əməkdaşlarına da bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçan şəxsin gizləndiyi yer müəyyən edilib.
Onun saxlanılması üçün keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Aydın Babayev polis əməkdaşlarına silahlı müqavimət göstərib. Buna görə də polis əməkdaşları tərəfindən silah tətbiq edilib və Aydın Babayev öldürülüb.
Hadisə yerindən ona məxsus bir ədəd tapança aşkar edilərək götürülüb.