Elman Rüstəmov son çıxışında inflyasiya səviyyəsinin yüksək olmasından danışıb və bildirib ki, monetar siyasət, pul-kredit siyasəti sərtləşməlidir. O bildirib ki, dünyada antiinflyasiya tədbirlərini gücləndirməlidirlər, həm öz ölkələrində inflyasiyanı məhdudlaşdırsınlar, həm də Azərbaycana inflyasiya idxalını azaltsınlar. Digər tərəfdən, inflyasiyanın daxili amilləri də nəzarətdədir. Biz monetar siyasəti addım-addım sərtləşdirməyə doğru gedirik”.
Qeyd edək ki, Azərbaycanda illərdir pul-kredit siyasəti sərtləşdirilsə də, bu nəinki ölkə iqtisadiyyatındakı inflyasiyanı azaltmayıb, əksinə real sektora maliyyə axını azalıb, istehsal məhdudlaşıb. Azərbaycan iqtisadiyyatı idxaldan daha da asılı vəziyyətə düşdüyündən xaricdəki inflyasiya da ölkəyə idxal olunub. Yəni, real sektora, istehsala pul lazımdır, Elman Rüstəmov isə pul-kredit siyasətini sərtləşdirməklə, sahibkarları müflisləşdirir.
Mövzu ilə bağlı SİTAT.İNFO-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Mərkəzi Bankın, yəni Elman Rüstəmovun manitar siyasətin sərtləşdirilməsi ilə bağlı əlində olan ən vacib alətlərdən biri uçot dərəcələrinin artırılması ola bilər:
"Ancaq burada vacib məqam odur ki, dünya ölkələrində uçot dərəcəsi ilə inflyasiya arasında ciddi korellyasiya mövcuddur. Azərbaycanda bu korellyasiya demək olar ki, nəzərə çarpmır. Ölkədə uçot dərəcəsinin 3-4 faiz olan vaxtlarını da görmüşük, o zamanda inflyasiya göstəriciləri yüksəlirdi. 2016-cı ildə inflyasiya ikirəqəmli həddə çatdı".
İqtisadçının sözlərinə görə, sadəcə olaraq bizdə pul-kredit siyasəti sərtləşdikcə, bunun ən böyük zərbəsi real sektora və kreditləşməyə dəyir: "Kredit faizləri yüksəlir, bu da əksinə iqtisadi aktivliyə ciddi mənfi təsir göstərən amildir. Bu çox həssas məsələ olduğundan uçot dərəcəsini sürətlə artırmaqla Mərkəzi Bank inflyasiyanı cilovlamaqdan daha çox real sektora təsir edəcək. Kreditlərin bahalkaşmasının şahidi olacağıq".
SİTAT.İNFO