"Rusiya Milli Qvardiyasının Çeçenistanın Qroznı şəhərində dislokasiya olunmuş və Əhməd Kadırovun adını daşıyan mexanikləşdirilmiş polkunun Ukrayna sərhədlərinə yeridilməsi Kremlin məkrli planından xəbər verir. Məsələ burasındadır ki, Birinci Çeçen müharibəsində millətçi ukraynalılar çeçen mücahidlərinə dəstək verirdilər. Kreml bunu heç zaman untmadı və həmin günlərin intiqamını millətçi ukraynalılardan almaq üçün üzərlərinə nəzarətindəki çeçenləri göndərir ki, iki xalq qarşı-qarşıya qalsın".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Ukraynada əhali arasında təşviş o qədər də yüksək deyil: "Bu arada, Kiyevdə yaşayan ukraynalı həmkarımdan Ukrayna paytaxtının sakinlərinin əhval-ruhiyyəsinin vəziyyətli ilə maraqlandım. Mənə yaxın tarixdən maraqlı misal gətirdi: “1986-ci ildə Çernobılda atom elektrik stansiyasında qəza baş verəndə Kiyev sakinləri qorxmuşdular, şəhəri müvəqqəti tərk edənlər oldu, ancaq çoxluğun vecinə də deyildi, heç nə olmamış kimi həyatlarını yaşayırdılar. İndi də oxşar durumdur. Əlbəttə, davamlı müharibə söyləntiləri Kiyev sakinlərini narahat edir, ancaq panika yoxdur”. Bu yerdə Kiyevdə taksi sürücüsü ilə dialoqumu xatırlayıram. Ondan Rusiyanın Donbası ələ keçirməsi haqqında nə düşündüyünü soruşduqda cavabı belə olmuşdu: “Donbasda özününkülərdir, ona görə savaşı qazana bilmədik. Ancaq bu tərəfə gəlsələr müqavimət göstərəcəyik, onlara baha başa gələcək”.
SİTAT.İNFO