Sosial şəbəkələrdə yayılan video hər kəs tərəfindən təəccüblə qarşılanıb.
SİTAT.İNFO-nun məlumatına görə, Hacıqabul rayon sakini olan Quliyeva Kamalə Əlikram qızının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə ünvanlı sosial yardım üçün 3-cü dəfə etdiyi müraciət gələn cavabda, ailə üzvlərinin hamısının vəfat etdiyi ilə bağlı məlumat yer alıb. Bu səbəblə də növbəti dəfə ailəyə sosial yardımın verilməsindən imtina olunub.
Məsələ ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən, ƏƏSMN-nin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rəşad Mehdili yaranmış vəziyyətə belə aydınlıq gətirdi: "Quliyeva Kamalə Əlikram qızının ünvanlı sosial yardım üçün müraciətinə elektron sistem üzərindən bir sıra qurumların informasiya resurslarına inteqrasiya şəraitində baxılarkən qısamüddətli texniki uyğunsuzluq baş verdiyi üçün ona avtomatik göndərilən cavab mətnində qeyri-dəqiqlik olub. Lakin dərhal da bu uyğunsuzluq aradan qaldırılıb və həmin şəxsə yenidən təkrar cavab mətni göndərilərək müraciətinə baxılmasının nəticəsi barədə məlumat verilib.
Yəni, onun ünvanlı sosial yardımla bağlı müraciətinə baxılıb və artıq ailə ünvanlı sosial yardım təyinatı aparılmağa namizəddir. Qısa zamanda həmin vətəndaşın yaşadığı ünvanda maddi-məişət şəraitinin müayinəsi aparılacaq və nəticəsinə uyğun qərar veriləcək".
Sitat.info həmin videonu təqdim edir: