Sərdar Cəlaloğludan sərt cavab: "Razi Nurullayev Ramiz Mehdiyevlə mandat alveri edəndə..."

09:31 15 Fevral 2022

Razi Nurullayev "TV Müsavat"ın canlı efirində bəzi müxalifət  nümayəndələrinin adlarını çəkərək , onların Ramiz Mehdiyevi tənqid etmədiyini deyib. 
O, konkret olaraq, ADP sədri Sərdar Cəlaloğlunun, AXCP sədri Əli Kərimlinin və VİP sədri Əli Əliyevin adını  çəkib, onların nə zamansa Ramiz Mehdiyevi tənqid etməsini eşitmədiyini bildirib. 

Razı Nurullayevin bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı SİTAT.İNFO- ya danışan  Sərdar Cəlaloğlu Razi Nurullayevin bu ittihamlarını əsasız sayıb: 
"Əvvəla, Razi dünənki uşaqdır. Razi Ramiz Mehdiyevlə mandat alveri edəndə, mən Sərdar Cəlaloğlu, onun əlehinə 500 səhifəlik kitab yazmışam. Həmin kitab hamıda var, tarixi də var. Bu kitab çap olunmamışdan qabaq, mən o kitabdakı fikirlərimi məqalələr şəkilində çap etdirmişəm. Əgər buna tənqid demirsinizsə, sizə sözüm yoxdur".

SİTAT.İNFO



Xəbər xətti