Gələn ildən onkoloji xəstəliklər tibbi sığorta çərçivəsində qarşılanacaq

12:39 15 Fevral 2022

@Gələcəkdə bütün tibbi xidmətlər icbari tibbi sığorta ilə əhatə olunmalıdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Deputat bildirib ki, onkoloji xəstəliklərin müalicəsi çox böyük maliyyə tələb edir, ona görə icbari tibbi sığorta ilə qarşılana bilmir: "İlkin mərhələdə onkoloji xəstəliklər çox maliyyə tələb etdiyi üçün Xidmətlər Zərfinə salınmadı. Amma növbəti ildən artıq onkoloji və oftolmoloji xəstəliklər də icbari tibbi sığorta çərçivəsində qarşılanacaq. Artıq TƏBİB və İTSDA ilə müzakirələr aparırıq. Əminəm ki, gələn ildən onkoloji xəstəliklərin müalicəsi tibbi sığorta çərçivəsində qarşılanacaq”.



Xəbər xətti