Sabunçuda 2 yaşlı körpə bu daxmadan oğurlanıb - VIDEO

23:45 30 Dekabr 2021

Bakının Sabunçu qəsəbəsində Şıxəliyevlər ailəsinin 2 yaşlı oğlu Məhəmmədin naməlum qadın tərəfindən oğurlanmasının təfərrüatları məlum olub. virtualaz.org xəbər verir ki, “Xəzər TV”-nin reportyoru hadisənin baş verdiyi əraziyə gedib, körpənin anasını danışdırıb.

Reyhan Şıxəliyeva Kürdəmir rayonundandır və həyat yoldaşı, 4 azyaşlı uşağı ilə birlikdə Sabunçu ərazisində, insan yaşayışı üçün heç cür yaramayan uçuq-sökük, miskin daxmada yaşayır. Qadın özü bazarda işləməklə uşaqlarına çörəkpulu qazanmağa çalışır. Deyir ki, həmin gün, yəni dekabrın 29-da o bazarda idi. Və əri zəng vuraraq körpənin oğurlandığını deyib.

 

“Atası çıxıb çörək almağa, 15 dəqiqə sonra qayıdıb görüb uşaq yoxdu”,-qadın göz yaşları içərisində deyir.

Şıxəliyeva bildirir ki, həmin vaxt böyüyü 8 yaşlı qız olmaqla o biri uşaqları da evdə imiş və qızı 2 yaşlı Məhəmmədin əvvəllər də bu ərazidə dolaşan, onların yaşadığı evə girib dərman istəyən, yaxud sosial yardım veriləcəyi adı altında orada yaşayanları siyahıya alan naməlum qadının apardığını görüb. “Deyib gəlin sizi aparım atanızın, ananızın yanına...”,-Şıxəliyeva deyir.

Xəzər TV-nin reportajını təqdim edirik:



Xəbər xətti