Ərdoğan yeni dönəm başlatdı: Türkiyə iqtisadiyyatına böyük yatırım!

14:33 15 Fevral 2022

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin iş adamları və sərmayədarları ilə görüşüb.

SİTAT.İNFO xarici mediaya istinadən xəbər verir ki, görüşdə mühüm layihələrə imza atılıb.

Prezident Ərdoğan bildirib ki, BƏƏ Türkiyənin Körfəz regionunda ticarət tərəfdaşıdır: “Biz yeni dövrə başlamışıq. Danışıqlarımızda qarşılıqlı anlaşmanı təsdiqləmişik".

 Ərdoğan bildirib ki, noyabr ayındakı səfərlə Türkiyə-Birləşmiş Ərəb Əmirlikləri münasibətlərində yeni bir dövrə başlayıb. Kommersiya əlaqələrini inkişaf etdirmək və investisiyaları artırmaq üçün güclü bir iradə ortadadır.

Ötən gün keçirilən görüşlərdə də Türkiyə prezidenti deyib ki,  13 müqavilə imzalanıb: “ Birləşmiş Ərəb Əmirlikləri Türkiyənin Körfəz regionunda əsas ticarət tərəfdaşıdır. Hətta ikitərəfli münasibətlərimizdə durğunluq dövründə də ticari əlaqələrimiz öz həcmini, özəl sektorlarımız arasında tərəfdaşlıq əlaqələri isə öz canlılığını qoruyub saxlamışdı. Bu, bizim ikitərəfli iqtisadi və sosial əlaqələrimizin köklü tarixə malik olduğunu göstərir. Hazırkı ümumi məqsədimiz ikitərəfli əlaqələrimizi hər sahədə daha yüksək səviyyələrə qaldırmaqdır. Dünən sənaye və qabaqcıl texnologiyalardan nəqliyyata, səhiyyədən kənd təsərrüfatına və qarşılıqlı sərmayələrə qədər geniş spektrdə imzalanmış sənədlər bizim bu məqsədə doğru birgə çalışmaq istəyimizi açıq şəkildə nümayiş etdirdi”.

 


Prezident Ərdoğan yeni layihələrin daha çox yeni texnologiyaların inkişafı istiqamətində olacağını açıqlayıb: “Birləşmiş Ərəb Əmirlikləri yüksək texnologiyalı şirkətlərə və startaplara maliyyə dəstəyi və sərfəli investisiya imkanları təklif edir. Türkiyə isə dinamik və gənc əhalisi ilə qabaqcıl texnologiyanı inkişaf etdirərək dünya miqyasında adı olan yeni təşəbbüslərə öncülük edir. İnanıram ki, iqtisadi cəhətdən bir-birini tamamlayan ölkələr olaraq biz qısa müddətdə ciddi irəliləyiş əldə edəcəyik. Biz həmçinin bütün sahələrdə, xüsusilə logistika, aviasiya, bank və maliyyə sahələrində iqtisadi əlaqələrimizi gücləndirmək üçün lazımi addımlar atırıq. Türkiyə 85 milyonluq əhalisi, artan sənaye istehsalı, tam ixtisaslı məşğulluq imkanları, infrastrukturu və coğrafi mövqeyi ilə seçilən bir ölkədir. Koronavirus epidemiyası ilə bağlı baş verənlər Türkiyə iqtisadiyyatının gücünü və dayanıqlığını və son 20 ildə qət etdiyi məsafəni açıq şəkildə nümayiş etdirdi. Siyasi sabitliyimiz, sürətli qərar vermə mexanizmləri və istehsalı, məşğulluğu və investisiyaları təşviq edən idarəetmə sistemimizlə epidemiya prosesini də normal idarə etdik. Qlobal iqtisadiyyatın 3,4 faiz azaldığı 2020-ci ildə biz 1,8 artım tempinə nail olduq. Eyni dövrdə biz G20-də sənaye istehsalının ən çox artdığı ölkələr sırasında idik. Keçən il 33 faiz artımla 225 milyard dolları keçən rekord ixracımız oldu, xarici ticarət həcmini isə 500 milyard dollara yaxınlaşdırdıq”. 

 



Xəbər xətti