Rusiyanın Ukraynaya hücum tarixi və saatı bəllidir.
Sitat.info xarici agentliklərə istinadən xəbər verir ki, Böyük Britaniyanın “The Sun” qəzeti bununla bağlı iddialı informasiya verib.
Qəzetin xəbərinə əsasən, Rusiya bu ilin fevral ayının 16-ı, Bakı vaxtı ilə səhər saat 05:00-da hücum başlamalıdır.
Hücumda 200 mindən çox hərbçinin iştirak edəcəyi gözlənir.
“The Sun” öncə Kiyevdəki hərbi və hökumət mərkəzlərinə aviazərbələr endiriləcəyini bildirib.