Ramiz Mehdiyevin həyat yoldaşının milliyyəti nədir? - Atası polyak, anası...

18:46 15 Fevral 2022

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılan AMEA Rəyasət Heyəti katibliyinin rəisi Eldar Əmirovun akademik Ramiz Mehdiyevin həyat yoldaşı ilə hər hansı qohumluq əlaqəsi yoxdur. 

SİTAT.info bildirir ki, bu barədə AMEA mətbuat xidməti məlumat yayıb.

Bir qədər əvvəl saxlanılan və barəsində 30 sutka həbs qərarı verilən AMEA Rəyasət Heyəti katibliyinin rəisi Eldar Əmirovun akademik Ramiz Mehdiyevin qohumu (baldızının oğlu) olmasına dair məlumatla yayılmışdı.

"Eldar Əmirov əslən qarabağlıdır və Ağdam şəhərindəndir. Akademik Ramiz Mehdiyevin həyat yoldaşı isə Gürcüstanın Poti şəhərindəndir. Anası gürcü, atası polyak əsillidir. Ailədə bir bacı, bir qardaşdırlar”, - deyə məlumatda vurğulanıb.

Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar da onun köməkçisi vəzifəsində çalışıb.



Xəbər xətti