“Müdafiə Nazirliyindəki maliyyə mənimsəmələrinə görə çox yüksək rütbəli bir zabit həyatını itirib”.
Bu barədə Bakupost.az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan zabit Üzeyir Cəfərov məlumat verib.
O, hələlik həmin şəxsin adını açıqlamaq istəməyib: “Zabitin ölümü açılıb ağardılmadı, sakitcə ötüşdürüldü. Çünki çox məsələləri onun üzərinə yükləməyə çalışdılar və o insan da dünyasını dəyişdi”.
Nazirlikdəki yeyinti ilə bağlı DTX-nin keçirdiyi əməliyyat zamanı həbslər olunanlardan danışan ekspert qeyd edib ki, iş bununla yekunlaşmayacaq: “Çünki hazırda ittiham olunan şəxslər sadəcə icraçılardırlar. Sənədi imzalayan şəxslər isə onların rəhbərləridir. Maliyyəçinin yeyintilər barədə rəhbərlərə hansı formada məruzə etməsi, hansısa sənədə imza çəkdirməsi və digər məsələlər, yəqin ki, araşdırmadan sonra məlum olacaq”.