Kosmosa uçuş bileti satışa çıxarıldı: Qiyməti...

16:56 16 Fevral 2022

Virgin Galactic uçuşları bərpa edir. Artıq bilet satışına başlanıb. Uçuşa hazıq müddətində kosmodromdakı bütün xərclər daxil biletin qiyməti 450 000 dollardır.

Bu barədə SİTAT,İNFO-ya Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat verib. 

Onun sözlərinə görə, şirkət bu il təxminən 1000 reysin gerçəkləşəcəyi bildirilib:

Uçuş müddəti 90 dəq olacaq. Ötən ilin yayında Virgin Galactic rəhbəri, Britaniyalı milyarder Riçard Branson rəhbərlik etdiyi heyət 17 illik hazırlıqdan sonra dünyada ilk dəfə kosmosa turist uçuşunu həyata keçirib. Uçuş 10 dəqiqə çəkib. Onların gəmisi kosmik orbitin sərhəddinədək, 90 km məsafəyədək yaxınlaşa bilmişdi. Ondan cəmi 9 gün sonra, “Amazon”un keçmiş rəhbəri Ceff Bezos Blue Origin şirkətinin New Shepard gəmisi ilə kosmosa qalxıb. O, dəniz səviyyəsindən 107 km məsafəyə qalxmaqla, kosmik sərhəd hesab olunan Karman xəttini keçərək 11 dəqiqə kosmosda olub. 

Maraqlıdır ki, Bezos kosmosun sərhədinin, beynəlxalq normalara uyğun olaraq 100 km -dən başladığını bildirən status paylaşmaqla Branson-un səyahətini kosmik deyil, adi səyahət olduğunu bildirmişdi. 

Rusiyanın kosmik elitası isə cığallıq edərək onların hər ikisinin kosmik uçuşunu adi turist səyahəti olaraq dəyərləndirmişdi.

Dünyanın ən zəngin insanlarından olan Bill Qeyts isə “həmkarları” Ceff Bezos və İlon Maska müraciət edərək göydəki deyil, yerdəki problemlərə daha çox diqqət yetirməyi tövsiyə etmişdi.



Xəbər xətti