Şəhid övladlarının ürək parçalayan fotosu- Atalarını belə yaşadırlar... FOTO

18:37 16 Fevral 2022

Şəhid baş leytenant Elçin Əzizovun ailəsi onu daim yanlarında hiss etmək, xatirəsini yaşatmaq üçün yaşadıqları evin həyətində böyük maketini düzəltdiriblər. 

Övladları isə atalarının maketi ilə belə bir şəkil çəkdiriblər. Foto sosial şəbəkələrdə paylaşılıb və izləyicilər kədərə boğub. 

Bir daha şəhidimizə Allahdan rəhmət diləyir, onun haqqında məlumatı da sizə təqdim edirik. 

Elçin Əzizov 1985-ci il martın 30-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Ailəli idi və ü ç övladı yadigar qalıb.

O, Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2018-ci il tarixli 417 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 

Elçin Əzizov Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2019-cu il tarixli 1386 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib.  A

zərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş leytenantı olan Elçin Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 13-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. 

Həmçinin, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əzizov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Əzizov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. 

Baş leytenant Elçin Əzizov oktyabrın 15-də Bakıdakı İkinci Fəxri Xiyabanda dəfn edilib. 



Xəbər xətti