Bəlkə də gördüklərinizə inanmayacaqsınız ki, Azərbaycanda XXI əsrdə belə bir xəstəxananın olması mümkündürmü? Bəlkə bura Afrikadır? Yox! Sovet dövründən bəri bir dəfə də təmir üzü görməmiş, istilik sistemi odun peçindən ibarət, döşəməsi bərbad vəziyyətdə, sınıq-salxaq çarpayıları olan bu xəstəxana Cəlilabad rayon Qarazəncir kənd xəstəxanasıdır. Xəstəxana divarları qopub -tökülür, pəncərələri isə köhnə taxta, hətta sınıb sonradan yamanmış köhnə pəncərrələrdir.
Xəstələnib buraya gələn Qarazəncir kənd sakinlərini burada da qara günlər gözlədiyi gün kimi aydındır.
Bəziləriniz təəccüblənəcəksiz, bəziləriniz isə "bizim kənddə heç o da yoxdur" deyəcəksiniz. Ancaq bu görüntü illərdir Azərbaycan Səhiyyəsinə xərclənən milyonların havaya sovrulmasının bir göstəricisidir. Məlumata görə, həmin ərazinin deputatı Elman Nəsirlidir. Onun seçicilərin problemləri ilə hansı səviyyədə məşğul olması da fotodan aydın görünür.