UEFA Konfrans Liqasında keçirilən “Marsel” - “Qarabağ” matçında ermənilər təxribat törədib.
SİTAT.İNFO xəbər verir ki, stadiona yaxın oturacaqları tutan erməni azarkeşlər kütləvi şəkildə Ermənistan bayraqları qaldıraraq oyunçularımızı təxribata çəkmək istəyiblər. Hətta kənardan müdaxilə edərək onlara psixoloji təzyiq etməyə çalışırdılar. Lakin oyunçularımız soyuqqanlılığını qoruyaraq buna getmədi və mükəmməl oyun nümayiş etdirdi.
Oyun zamanı müşahidə etdik ki, erməni bayraqları kameranın ən çox göstərdiyi yerlərdə qaldırıldı və sanki öncədən planlaşdırılmış bir səhnə idi. Erməni azarkeşlər fransızların qələbəsini də mənimsəyərək, sanki özləri azərbaycanlılar üzərində qələbə çalmış kimi bir görüntü yaradırdılar.
Qeyd edək ki, Marsel ermənilərin sıx məskunlaşdığı şəhərdir. Bu oyunun neytral şəhərdə keçirilməsi daha doğru olardı.