"Donetsk" xalq respublikasının başçısı respublikada ümumi səfərbərlik ilə əlaqədar ehtiyatda olan vətəndaşları hərbi komissarlıqlara gəlməyə çağıran fərman imzalayıb. Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Denis Puşilin respublikanın bütün kişilərini öz əzizlərinin müdafiəsinə qalxmağa çağırıb və qələbənin yalnız birgə səylə əldə oluna biləcəyini vurğulayıb.
Bildirilir ki, Ukrayna ordusu Donetsk Xalq Respublikasının nəzarəti altında olan Qorlovka şəhəri yaxınlığındakı Zaytsevo kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub. Bu isə Minsk razılaşması ilə qadağan edilib. Ümumilikdə 18 güllə atılıb.
DXR və LPR-nin təxliyə edilmiş sakinləri Rusiyaya gəliblər. Bu barədə DXR-dən gələn qaçqınlar təxliyyənin necə getdiyini bildiriblər.