Tahir Mirkişili İrəvanda sərt danışdı: "Ermənilər revanşist fikirlərə düşsələr, güclü Azərbaycan dövləti onlara həmin gün..."

13:05 22 Fevral 2022

Azərbaycan və Ermənistan gələcəkdə silahlı münaqişə olmamasına çalışmalıdılar. Bunu bu gün Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Yerevanda AVRONEST Parlament Assambleyasının komitə iclasında geopolitik təhlükəsizliklə bağlı mövzuda çıxışında bildirib.

Tahir Mirkişili qeyd edib ki, o, azad olunmuş ərazilərdəki evinə baş çəkib:

"Siz mənim evimin necə vəziyyətdə olduğunu görsəydiniz, bunun necə faciəli olduğunu başa düşərdiniz. Sizin əsgərlərin bizim Vətənimizdə nə etdiyini görərdiniz".

Azərbaycanlı deputat Ağdamın “Qafqazın Xirosima”sı adlandırıldığını diqqətə çatdırıb.

İkinci Qarabağ müharibəsində hər iki tərəfdən insan itkilərinə toxunan Tahir Mirkişili qeyd edib ki, Azərbaycan hər hansı revanşist cəhdlər görmək istəmir:

"Əgər ermənilər revanşist fikirlərə düşsələr, güclü Azərbaycan dövləti o qüvvələrə həm bu gün, həm də gələcəkdə lazımi cavab verməyə hazır olacaqlar! Bu münaqişə gələcək deyil, artıq keçmişdir. Biz gələcəkdə nələr istəyirik, bu barədə danışaq. Sülh müqaviləsinə nail olunması xalqlarımız, regionun inkişafı üçün çox yaxşı şans olardı".

Deputat vurğulayıb ki, sülhə nail olmaq üçün Cənubi Qafqazda qonşu ölkələr bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar. (virtualaz.org)



Xəbər xətti