Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə yaşana gərginliklə bağlı açıqlamalar verib.
SİTAT.İNFo xəbər verir ki, keçirdiyi mətbuat konfransında Zelenski dünyaya müraciət edib. "İndi biz nə edək? Sadəcə olaraq izləyəcəksiniz, yoxsa kömək edəcəksiniz? NATO-da olub-olmamağımızın heç bir əhəmiyyəti yoxdur, bizə kömək edin"- deyərək təcili yardım tələb edib.
Ukraynanın sülh istədiyini vurğulayan Zelenski bildirib ki, heç kim müharibə istəmir: "Rusiyanın qərarı Ukraynaya qarşı hücumlar üçün hüquqi zəmin hazırladı. "Şimal axını 2" layihəsi tamamilə dayandırılmalıdır. Bizim vaxtımız yoxdur. Gözləmək üçün hüquqi addımlara ehtiyacımız var”.
Zelenski bu sözlərlə dünyaya müraciət edib: “Biz böyük bir faciə ilə üz-üzəyik. İndi biz nə etməliyik, Sadəcə olaraq izləyəcəksiniz, yoxsa kömək edəcəksiniz? Bizim NATO-da olub-olmamağımızın fərqi yoxdur, siz bizə kömək etməlisiniz. Bu gün təkcə Ukrayna deyil, bütün Avropa təhlükə ilə üz-üzədir. Əsgərlərimiz sabah sizi qoruyacaq. Sərhədimizdəki təhlükə bütün Yer kürəsi üçün təhlükədir. Hazırda burada böyük böhran gedir. Sabah Moldova, Litva, bütün Avropa təhlükə altında ola bilər. Ukrayna yalnız sülh istəyir, lakin biz istənilən ehtimala hazırlaşırıq”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında aylardır davam edən və son günlər gərginliyi artan böhranın hərtərəfli müharibəyə çevrilməsi an məsələsidir. Rusiya prezidenti Vladimir Putinin Rusiyayönlü separatçıların nəzarəti altında olan Ukraynanın Donetsk və Luqansk Xalq Respublikalarını rəsmən tanıması dünyanı təşvişə salıb.