" Bu gün Rusiya bir qərar aldı, iki bölgənin müstəqilliyini tanıdıq. Bu mövzuda spekulyasiyalar olacağını əvvəlcədən gözləyirdik. “Rusiya təkrar imperatorluq qurur, elə bir iştahı var deyirlər. Ancaq bu gerçək deyil. SSRİ-dən sonra Rusita yaranmış geosiyasi durumu tanıdı və hər biri ilə iş birliyi içindədir".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin bu gün Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi təkbətək görüşdə deyib.
O, Rusiyanın qonşularının müstəqilliyinə hörmət etdiyini və problemlərə konstruktiv yanaşdığını bildirib: "Məsələn Yuxarı Qarabağ bölgəsi ilə bağlı məsələdə də konstruktiv davrandıq, hər bir tərəfin çıxarlarını gözləyərək hərəkət etməyə, qarşılıqlı qəbul edə bilən çıxış yolları tapmağa çalışdıq. Təəssüf ki, Ukrayna ilə münasibətlərimiz bu şəkildə pozuldu və bu döyüşlərdən sonra oldu. Sizdən öncə də, Qazaxıstan prezidenti ilə görüşdüm. Rusiya qonşularının müstəqilliyini dəstəkləyir. Qazaxıstan rəhbərliyi də bizim yanaşmamızı dəstəkləyir. Onlara da terrora qarşı mübarizədə dəstək verdik. Hökumətin istəyi üzərinə getdik, sonra da bütün hərbi gücümüzü çıxardıq. İndi də əməkdaşlığımız davam edir və bu Qazaxıstanın da xeyrinədir, onun müstəqilliyini möhkəmləndirir.
Ukrayna ərazisi isə Rusiyaya qarşı təhlükə yaratmaq üçün istifadə olunur. Məsələ sadəcə budur".