Erməni deputat Tahir Mirkişilidən şikayət edib: "Gör nə günə qalmışıq"

16:36 22 Fevral 2022

Milli Məclisin üzvü Tahir Mirkişili erməni həmkarına “yersiz” danışdığına görə söz verməyib.

“Report” xəbər verir ki, bu barədə Tahir Mirkişili feysbukda yazıb.

“Enerji Komitəsinin iclasına sədrliyi Azərbaycan (mən) edirdi, Ermənistan deputatına söz vermədim, yersiz danışırdı. Şikayət edirlər ki, gör nə günə qalmışıq ki, İrəvanda sədr azərbaycanlı, bizə də söz vermir çıxış etməyə. Yadıma düşdükcə özümü də gülmək tutur. Dövlətimiz və Prezidentimiz var olsun!”, - o qeyd edib.



Xəbər xətti